SƏLƏFİ ŞEYXİ İŞİD-İ SİONİST SAYIR
Bazar ertəsi Sünni İslamının ən böyük məktəbi sayılan Qahirədəki Al-Azharın rəhbəri, Şeyx Amed al-Tayyeb İraq və Suriyada əraziləri ələ keçirən, istər özlərinə tabe olmayan müsəlmanlar, istərsə də başqa dinlərin nümayəndələrini kütləvi edam edildiyi görüntüləri paylaşan İŞİD yaraqlılarını “Sionistlər”ə qulluq edən, İslamı dünyanın gözündən salıb Ərəb dünyasını parçalamaq məqsədi gedən “quldurlar” dəstəsi adlandırıb.
Tutduqları torpaqlarda İslam Xilafəti elan edən İŞİD yaraqlılarının yəzidi kürdləri, İraqdakı şiə müsəlmanları və Suriyada özlərinə qarşı çıxan sünniləri təqib etməsi və edam görüntülərini internetdə yayımlamasından sonra dünyadakı bir çox müsəlman təçkilatları və dövlətri onların islama ləkə gətirən cinayətkarlar adlandırır.
