Главная » 2014 » Октябрь » 4 » Lənkəranda Qurban həyəcanı

Lənkəranda Qurban həyəcanı

04-10-2014 в 13:50 просмотров: 204 комментариев: 1 Новости Талыша

Müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibətilə bu gün Lənkəranda da mərasimlər keçirilib.

Lənkaran rayonun bütün məscidlərində qurbanlıq qoyunlar kəsilərək sakinlərə paylanılıb. Əhalinin aztəminatlı hissəsi diqqətdə saxlanılıb və əksəriyyəti qurban payı ilə təmin edilib.

Rayon sakini Fatmanisə Səfərova əhaliyə qurban payı verənlərə razılıq edib: “Qurban bayramını Allah hamıya qismət etsin. Pay verənlərə də Allah can sağlığı versin. Məscidin həyətində qurban kəsiblər, kasıbalara, əlsiz-ayaqsızlara pay verirlər”.

Yerli din xadimi, məscidin icma üzvü Mirqadir Məmmədov da Qurban bayramının ən böyük fəzilətinin kasıbları, imkansızları sevindirmək olduğunu deyir. “Gərək payı ancaq məzlumlara, miskin və kasıblara, əlsiz və yoxsullara verəsən. Onlar sevindi, Allah özü sevinir. Allahın xoşu gəlir o qurbandan. Qurban o deyil ki, kəsib soyuducuya qoyasan, özün yeyəsən, Allah onu qəbul eləmir”.

Bayram günü rayonda məskunlaşan köçkün ailələri də yaddan çıxarılmayıb, 70 köçkün ailəsinə qurban payları verilib. Ayrı-ayrı sakinlər də bayram ayinlərinə uyğun qurbanlar kəsərək qonum-qonşuya, yaxınlara paylayıblar. Rayon icra hakimiyyəti tərəfindən isə 4 min 200 ailə qurban payları ilə sevindirilib.

Lənkəranda Qurban bayramı ilə bağlı mərasimlər sabah da davam etdiriləcək.

 
ANS

Комментарии 1
1
1 Agazoda   (04-10-2014 14:49) [Материал]
Cəmi müsəlmanları "Müqəddəs Qurban Bayramı" münasibətiylə təbrik edirəm!

avatar
Copyright © 2014 Talysh Post.org