Главная » 2014 » Ноябрь » 28 » Kanadadan Azərbaycana gələn poçt bağlaması şoka saldı (FOTO)

Kanadadan Azərbaycana gələn poçt bağlaması şoka saldı (FOTO)

28-11-2014 в 19:21 просмотров: 227 комментариев: 1 В мире

 Azərbaycana gətirilən narkotik vasitələrin qarşısı alınıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatina görə, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə “Rapiscan” markalı rentgen aparatı vasitəsilə gömrük nəzarəti həyata keçirilib.

Baxış keçirilərkən Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılmış və gömrük yoxlaması zamanı bağlamanın birindən 2 kiloqram 15 qram, digər bağlamadan isə 2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunub.

Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasənhəmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



mənbə: anspress


Комментарии 1
1
1 Magerramali Ismailov   (29-11-2014 00:01) [Материал]
Az-n statistikasi diri olsaydi birce sual verecekdim.Ictimaiyyetde olan problemlerin neche faizi Alkogolizden?Neche faizi Narkotichilerden gelir?

avatar
Copyright © 2014 Talysh Post.org