Главная » 2014 » Сентябрь » 18 » Azərbaycan məscidlərində kitabxanalar yaradılacaq.

Azərbaycan məscidlərində kitabxanalar yaradılacaq.

18-09-2014 в 18:39 просмотров: 238 комментариев: 2 Новости

Azərbaycan məscidlərində kitabxanalar yaradılacaq.

APA-nın xəbərinə görə, bunu Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib.

Onun sözlərinə, məscidlərə tək ibadət yeri kimi yanaşmaq düzgün deyil:

«Bununla bağlı Bilik Fondu öz üzərinə düşən müvafiq işləri yerinə yetirir. Bu işdə mətbuat da bizə dəstək olmalıdır».

O. Səmədov qeyd edib ki, bu gün məscid təkcə ibadət yeri deyil, həm də əhalinin, dindarların, Allaha sitayiş edənlərin tarixi kitablarla yaxından tanış ola biləcəyi yer olmalıdır:

«Biz məscidlərdə kitabxana yaratmaq istəyirik. Xristian ölkələrində bu praktika mövcuddur».

Fond rəhbəri yas mərasimləri ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, ölkədə yas mərasimləri ilə bağlı hər hansı qadağa yoxdur:

«Hesab edirəm ki, biz əhali arasında maarifləndirmə işləri aparmaqla yas mərasimlərində israfçılığın qarşısını ala bilərik».


Комментарии 2
0
2 Admin   (18-09-2014 20:50) [Материал]
Sizinlə tamamiylə razıyam.
 Xristian ölkələrində bu praktika mövcuddur».)))-- Bunu başa düşmək olmur, bunlar niyə hər şeyi kilsədəki kimi etmək istəyirlər.məgər müsəlman ölkələrində belə bir şey mövcud deyil? Yoxsa bu da Azərbaycan sayağı inkşafın göstəricisidir.

1
1 huseyn48   (18-09-2014 20:24) [Материал]
Əslində məscidlərimiz 60 il kitabxanalara, gübrə anbarlarına , sərgi salonlarına çevrilib. 1990-cı ildə xalq hərəkatının ilk illərində zorla da olsa təmizlənib məscid statu qaytarldı. Düzünə qalsa mən məscirlərdə əlavə olaraq xüsusi kitabxanalar yaradılmasının tərəfdarıyam. Məscidlərdə savadsız mollalara qulaq asmaqdansa nəzdlərində yaradılmış kitabxanalarda dini ədəbiyyatlarla tanış olmaq daha sərfəlidir. Bu şərtlə ki, məscidin məscid kimi fəaliyyətinə mane olmamaq şərtilə.

avatar
Copyright © 2014 Talysh Post.org