Главная » Статьи » Спорт

Lənkəranda qisas matçı, Bakıda derbi

Sabah Azərbaycan Premyer Liqasında XI turun oyunları keçiriləcək. 
TalyshPost-ın məlumatına görə, ötən turda olduğu kimi bütün qarşılaşmalar eyni gündə baş tutacaq və 5 müxtəlif saatda başlayacaq.
Tura Qəbələdə start veriləcək. Açılış oyununda "Qəbələ" "Bakı"nı qəbul edəcək. 
Günün ikinci matçında da autsayderlə liderlər qrupunda qərarlaşmış komanda qarşılaşacaq. Belə ki, "Sumqayıt" "İnter"i qəbul edəcək. 
Lənkəranda prinsipial matç baş tutacaq. Çünki "Xəzər Lənkəran" qonaq etdiyi "Simurq"a ilk turda 0:2 hesabı ilə yenilmişdi. Ötən tur "Sumqayıt"ı yenən Oğuz Çətinin yetirmələri doğma azarkeşləri önündə ortabab rəqibi yenməklə fanatlarını sevindirmək istəyir. 

TalyshPost

Категория: Спорт | Добавил: Admin (01-11-2014)
Просмотров: 94 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
avatar
Copyright © 2014 Talysh Post.org