Главная » 2014 » Июнь » 7 » "Zəkat haqqında geniş məlumat"

"Zəkat haqqında geniş məlumat"

07-06-2014 в 16:57 просмотров: 198 комментариев: 0 Религия

Zəkat İslamın beş vacib şərtindən biridir. Malla edilən ibadətdir. Zəkat vermək hər bir var-dövlətli, azad müsəlman üçün vacibdir. Bu barədə Quran və Sünnədə kifayət qədər dəlillər vardır.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Müaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə göndərdikdə ona demişdir: “Sən kitab əhlidən olan birqövmün yanına gedirsən, elə isə onları (tövhidə) “əşhədu ən lə iləhə illəLLahu və əşhədu ən nə Məhəmmədən rəsulullah” kəliməsinə dəvət et. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara gün ərzində beş vaxt namaz qılmaqlarını fərz buyurmuşdur. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara varlılarından götürüb kasıblarına paylanan sədəqənin (zəkatı) verilməsini fərz buyurmuşdur. Buna da itaət edərlərsə, onların ən qiymətli mallarını götürməkdən çəkin! Habelə, məzlumun duasından qorx! Həqiqətən, onun duası ilə Allah arasında heç bir maneə yoxdur” (əl-Buxari, 1395; 121).

Hədisdən aydın olur ki, zəkat ən mühüm əmr hesab olunur. Zəkat kasıblar üçün bir təsəlli və İslamın gözəlliklərindən biri olmaqla insanların qəlbini bir-birinə bağlayan səbəbdir. Zəkat varlılardan götürülüb kasıblara paylanmalı və bu zaman nə çox qiymətli və gözəl, nə də çox ucuz və pis mal verilməməlidir. Zəkat verən şəxsin zəkatının qəbul olunması üçün həmin şəxsin şəhadət gətirməsi və namaz qılması vacib şərtdir. 

Zəkat kimlərə verilməlidir?

Uca Allah buyurur:

Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir. Tövbə surəsi, 60

Ayədən çıxan nəticəyə görə zəkat verilən insanlar səkkiz qismə bölünür:

1) yoxsul; 2) miskin; 3) zəkatı yığıb paylayan; 4) ürəyi islama isinib bağlanan; 5) azad ediləcək kölə; 6) borclu olan; 7) Allah yolunda cihad edən; 8)pulu qurtarıb yolda qalan müsafir 

Yuxarıdakı hədisdə “… Allah onlara varlılarından götürüb kasıblarına paylanan sədəqənin (zəkatı) verilməsini fərz buyurmuşdur.” cümləsində “varlılarından götürüb kasıblarına” deyilməsində belə nəticə çıxır ki, zəkat verərkən əsasən yerli sakinlərdən kasıb olanlara vermək yaxşıdır. Yəni yaxşı olar ki zəkat verən şəxs öz ətrafında olan kasıb şəxslərə öz zəkatını versin. Amma kənar olanlara vermək də caizdir. Çünki ayədə zəkatın verilməsi vacib olan insanlar siyahısına “müsafirlər”in də aid edilməsi onu göstərir ki, özlərindən olmayanlara da zəkat vermək olar. Çünki müsafir əsasən kənardan olur.

Hansı şəxslərə hər il zəkat vermək vacib olur?

Əgər bir kəsin pulu 85 qram qızılın qiymətinə çatarsa o zaman artıq zəkat vacib olur. Əgər əldə olan malın və pulun miqdarı 85 qram qızılın dəyərindən artıq olarsa və bir il ərzində bu midardan aşağı düşməzsə , ilin tamamında həmin malın və ya pulun hamısını toplayıb 1/40 hissəsini zəkat vermək lazımdır. Bu zaman qızıl lom qiməti ilə hesablanmalıdır. 

Hansı mallara zəkat düşür?

Zəkat malı dörd qismə bölünür

1) mal-qara; 2) qızıl və gümüş; 3) bitkilər; 4) ticarət malı.

Əldə edilən, yığılmış malın (Qızıl-gümüş, mal-qara və ticarət malı) zəkatını vermək üçün onun üzərindən bir il keçməli və ilin tamamında zəkat çıxardılmalıdır. 

Dənli bitkilər (buğda, arpa, düyü və s.) və saxlanılması mümkün olan meyvələrin (qoz, fındıq, şabalıd, badam və s.) zəkatı yığım günü verilməlidir 

“Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin.” ( Ənam surəsi, 141).

Əgər bir kəsə qaytarmaq şərti ilə pul verilərsə zəkat zamanı bu da hesablanmalıdır.

Hansı mallara zəkat düşmür?

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “ İki yüz dirhəmdən (o vaxtkı gümüş pul) az, beş dəvədən az və üç yüz saadan (2kq.40qr.) az miqdarda olan maldan sədəqə (zəkat) verilmir” (əl-Buxari, 1459; Müslim, 2260).

Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Müsəlmana, qulun və atın sədəqəsini (zəkatını) vermək vacib deyildir” (əl-Buxari, 1464; Müslim, 2270).

Zəkat hesablanması.

Mal-qaranın zəkatı: Zəkat verilən heyvanın eybi olmamalıdır və yalnız otarılan heyvanlardan zəkat çıxarılmalıdır.

Dəvə (erkək və ya dişi, qoca və ya cavan heyvan olmasından asılı olmayaraq):Sayı Çıxarılan zəkatın miqdarı
5-dən 9-a qədər 1 qoç
10-dan 14-ə qədər 2 qoç
15-dən 19-a qədər 3 qoç
20-dən 24-ə qədər 4 qoç
25-dən 35-ə qədər 1 ədəd 1 illik dişi dəvə
36-dan 45-ə qədər 1 ədəd 2 illik dişi dəvə
46-dan 60-a qədər 1 ədəd 3 illik dişi dəvə
61-dən 75-ə qədər 1 ədəd 4 illik dişi dəvə
76-dan 90-a qədər 2 ədəd 2 illik dişi dəvə
91-dən 120-yə qədər 3 ədəd 3 illik dişi dəvə

Öküz (erkək və ya dişi, qoca və ya cavan heyvan olmasından asılı olmayaraq):

Sayı Çıxarılan zəkatın miqdarı
30 maldan 1 ədəd 1 illik dişi və ya erkək mal
40 maldan 1 ədəd 2 illik dişi
50 maldan 1 ədəd 2 illik dişi

Qoç (erkək və ya dişi, qoca və ya cavan heyvan olmasından asılı olmayaraq):

Sayı Çıxarılan zəkatın miqdarı
40-dan 120-yə qədər 1 qoç
121-dən 200-ə qədər 2 qoç
201-dən 300-ə qədər 3 qoç

Bitkilərin zəkatı:

Bitkinin növü Çıxarılan zəkatın miqdarı
Yağış, çay və s. təbii sularla özbaşına sulanan bitkilər Yığılan məhsulun onda bir hissəsi
Sahibi tərəfindən (onun əziyyəti ilə) suvarılan bitkilər Yığılan məhsulun onda bir hissəsinin yarısı

612 kq və ondan artıq miqdarda olan bitkilərdən zəkat verilir. Bundan az miqdarda olduqda isə zəkat düşmür.

Qızıl və gümüşün zəkatı:

Miqdarı Çıxarılan zəkat
85 qram və daha çox qızıla Ümumi miqdarın 1/40 hissəsi, yəni 2.5%
595 qram Ümumi miqdarın 1/40 hissəsi, yəni 2.5%

Bundan az miqdarda olan gümüş və qızıla zəkat düşmür.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org