Главная » 2014 » Декабрь » 17 » Yəməndə partlayış: 25-ölü

Yəməndə partlayış: 25-ölü

17-12-2014 в 12:18 просмотров: 146 комментариев: 0 В мире

Yəmən paytaxtının cənubunda, husi üsyançılarının əlində olan ərazidə iki avtomobilin partlatması nəticəsində ən azı 25 nəfər həlak olub

Üsyançıların jurnalistlərə verdiyi məlumata görə, hadisə zamanı ölənlərin 15-i məktəblidir. Partlayışın arxasında əl-Qaidənin durduğu güman olunur. Hadisə zamanı ölən digər 10 nəfərin mülki şəxs və ya üsyançı olduğu hələlik məlum deyil. Hücumun hədəfinin husilərin yerli tayfa başçısı Abdullah İdrisin evi olduğu ehtimal edilir.

Qeyd edək ki, husilər son zamanlar ölkənin bır sıra strateji şəhərlərini və paytaxtın bəzi rayonlarını ələ keçiriblər.

 

 

TalyshPost.org

 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org