Главная » 2014 » Июнь » 4 » Xəzərin səviyyəsi yüksələcək

Xəzərin səviyyəsi yüksələcək

04-06-2014 в 12:27 просмотров: 141 комментариев: 0 Новости

 

Ümumi sahəsi 50 kvadratkilometr təşkil edən Bakı Buxtasının sahil xəttinin uzunluğu 20 kilometrdir. Dib çöküntülərinin həcmi isə 46 milyon kubmetrdir.

Talysh Post.org-in məlumatına görə, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat verib. 

İ.İsbatov qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyi yerli və xarici şirkətlərlə birgə orada tədqiqat işləri aparır və gələcəkdə də Bakı Buxtasının dibinin təmizlənməsi planlaşdırılır.

Xəzər dənizinin səviyyəsi ilə bağlı proqnozlara toxunan institut direktoru bildirmişdir ki, 2020-ci illərdə dəniz səviyyəsinin 70-80 santimetrədək yüksəlməsi gözlənilir.

 

Mənbə
AzərTAc
 

 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org