Главная » 2015 » Январь » 14 » "Xəzər Lənkəran"ın ikinci imtahanı - CANLI YAYIM

"Xəzər Lənkəran"ın ikinci imtahanı - CANLI YAYIM

14-01-2015 в 18:53 просмотров: 243 комментариев: 0 Новости Талыша

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün ikinci yoхlama oyununu keçirəcək. Məlumatına görə, baş məşqçi Elbrus Məmmədov komandasını almanlarla oyunda sınayacaq.

Belə ki, "Xəzər Lənkəran" Almaniyanın "Çemnitzer" klubu ilə qarşılaşacaq. 

Qeyd edək ki, Almaniya III liqasında mübarizə aparan "Çemnitzer" klubu 1966-cı ildə yaradılıb. Karsten Heynenin başçılıq etdiyi komanda qış fasiləsinə 13-cü pillədə yollanıb. 

"Xəzər Lənkəran" Almaniyada ilk yoхlama oyununu "Tekirdağspor"a qarşı keçirib və heç-heçəyə razılaşıb - 2:2. Təmsilçimiz yanvarın 17-də "Erciyəsspor" (Türkiyə), 21-də "Nürnberq"lə qarşılaşacaq. Ayın 25-də baş tutacaq oyundakı rəqib hələ bəlli deyil.

Antalya 
Yoxlama oyunu
14 yanvar

Xəzər Lənkəran (Azərbaycan) - Çemnitzer (Almaniya) 0:0
Xəzər Lənkəran: Vyekoslav Tomiç, Elvin Mirzəyev, İlqar Ələkbərov, İlyas Səfərzadə, Tural Cəlilov, Alfred Sanko, Rahid Əmirquliyev, Kazım Kazımlı, Sadio Tounkara, Ağabala Ramazanov, Elşən Rzazadə.

                              

anspress

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org