Xəzər Lənkəran ın sabiq baş məşqçisi......
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli İspaniya La Liqasında çalışa bilər.
TalyshPost-ın məlumatına görə, türk mütəxəssisin adı "Xetafe" ilə yanaşı çəkilir.
Belə ki, İranın "Steel Azin" və "Persepolis" klublarının səhmdarı olan iranlı iş adamı Hüseyn Hidayeti "Xetafe"nin 55 faiz səhmlərini almaq üçün təklif göndərib. Bu barədə o, özü məlumat verib: "Mənə "Xetafe"nin 51 faizini təklif etdilər. Amma mən 55 faizi istədim".
Uzun müddətdir ki, maliyyə böhranında olan "Xetafe" rəhbərliyinin bu təklifi qəbul etməsi gözlənilir. Hidayetinin klubun səhmlərini alacağı halda Mustafa Dənizlini İspaniyaya aparacığı deyilir.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi 2004-2006-cı illərdə İranın PAS, 2006-2007 və 2008-2010-cu illərdə "Persepolis" klublarını çalışdırıb.













