Главная » 2015 » Январь » 3 » "Xəzər Lənkəran" 13 futbolçu ilə yollarını ayırdı

"Xəzər Lənkəran" 13 futbolçu ilə yollarını ayırdı

03-01-2015 в 23:19 просмотров: 208 комментариев: 0 Новости Талыша

"Xəzər Lənkəran" heyətində saxladığı futbolçuların adlarını açıqlayıb.

Məlumatına görə, mövsümün əvvəllərində Peşəkar Futbol Liqasına təqdim edilmiş sifariş ərizəsindəki oyunçulardan cəmi 14-ü komandada qalıb.

"Xəzər Lənkəran" rəhbərliyi qapıçılar Orxan Sadıqlı, Vyekoslav Tomiç və Tərlan Qasımzadə, müdafiəçilər Rasim Ramaldanov, Tural Cəlilov və Elvin Mirzəyev, yarımmüdafiəçilər Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, Kazım Kazımlı, Kamran Abdullazadə və Bəhruz Teymurov, eləcə də hücumçular Ağabala Ramazanov və Elnur Cəfərovu heyətdə saxlayıb.

Eyni zamanda "Sumqayıt"a icarəyə verilmiş Orxan Əliyev də geri qaytarılıb.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org