Главная » 2014 » Апрель » 11 » Xəyalları bəzəyən buzlu məzarlıq

Xəyalları bəzəyən buzlu məzarlıq

11-04-2014 в 10:23 просмотров: 146 комментариев: 0

 Dünyanın ən yüksək zirvəsi olan Everest dağında  təxminən 200 cəsəd tapılıb. Talysh Post.org-in  məlumatına görə, alpinizmlə məşğul olanlar  Everest dağına “Xəyalları bəzəyən buzlu  məzarlıq” adı verilib. Dağa çıxan adrenalin həvəskarlarının dağa çıxan zaman çoxlu cəsədlə rastlaşacağı bildirilib. 

Nepalla Çin sərhəddində yerləşən Himalay dağ silsiləsinin Everest zirvəsi təhlükəsi ilə alpinistləri özünə cəlb etməyə davam edir. Burada külək saatda 120 km sürətlə əsir və havanın temperaturu - 40 dərəcə təşkil edir. Buna görə də, dağ alpinistlər üçün məzarlığa çevrilir. 

Yüksəkliyə qalxdıqca oksigen miqdarı azalır, bu səbəblə zəyifləyən alpinistlər huşunu itirib donur. Everestə dırmaşmağa cəhd edən hər 10 nəfərdən 1-i bu yolda həyatını itirir. Bu vaxta kimi 200-ə yaxın insanın dağda geri qayıtmadığı bildirilib. 

Talysh Post.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org