Главная » 2014 » Май » 22 » Uzeyir Cəfərov bu gün Baş Prokurorluğua cağrılıb

Uzeyir Cəfərov bu gün Baş Prokurorluğua cağrılıb

22-05-2014 в 19:33 просмотров: 155 комментариев: 0 Новости

 Tanınmış hərbçi jurnalist Uzeyir Cəfərov bu gün Baş Prokurorluğun Ağır  Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqləri tərəfindən dindirilib. 

 Üzeyir Cəfərov bildirib ki, dindirilmə 2 saat yarıma qədər davam etdi.  İstintaqçılar ondan 2001-ci ildə Azərbaycandan Ermənistana gedən bir  qrup nümayəndə heyətinin səfərinin təfərrüatları ilə bağlı məqamlara aydınlıq gətirməsini soruşublar. 

Hərbçi jurnalist istintaqçıların onunla çox böyük nəzakətlə davrandıqlarını söylədi və qeyd etdi ki, ona həm də Rauf Mirqədirovla bağlı suallar ünvanlanmışdı. 

Üzeyir Cəfərov: “İstintaq sirri olduğundan, hansı suallara cavab verdiyimi aça bilmərəm. Ancaq mənə məlum oldu ki, arada Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi barədə çox ciddi məqamlar var. Nə yaxşı ki, bu məsələlərin üstü vaxtında açılıb. Arada çox böyük məsələlər var. Bəlkə də bütün versiyalar yoxlanılıb, sənədlər və faktlar təmkinlə tutuşdurulduqdan sonra bütün bunlar Rauf Mirqədirovun xeyrinə olacaq. Mən istərdim ki, tezliklə bütün həqiqətlər üzə çıxsın”, - deyən jurnalist istintaqın çox peşəkar hüquq mühafizə orqanı əməkdaşları tərəfindən aparıldığını bildirdi.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org