Главная » 2014 » Апрель » 25 » Uşaq duaları ilə oğrunu peşman etdi

Uşaq duaları ilə oğrunu peşman etdi

25-04-2014 в 15:10 просмотров: 150 комментариев: 0

9 yaşlı uşaq onu oğurlayan şəxsi peşman edib. Kimliyi bəlli olmayan cinayətkar ABŞ-ın Corciya ştatından olan 9 yaşlı Villi Mayriki qaçırıb. 
Talysh Post.org-in məlumatına görə, girov müqabilində pul tələb etməyinə baxmayaraq cinayətkar uşağı geri qaytarıb. Məktəbli üç saat ərzində dayanmadan müqəddəs kitab olan İncildən dualar oxuyub. Cinayətkar balacanın bu hərəkətlərindən başını itirib əvvəlcə əsəbləşsə də, daha sonra isə peşmançılıq hissi keçirib. 

Villi Mayrik sevimli itini gəzməyə çıxardığı zaman tanımadığı bir şəxs ona yaxınlaşıb. Qucağına alaraq tez bir zamanda avtomobilə oturdan kişi uşaqdan səsini çıxartmamağı tələb edib. Buna baxmayaraq Villi ona qulaq asmayaraq dualar oxumağa başlayıb, cinayətkar nə qədər susmağını tələb etsə də, balaca dualarına davam edib. 

Nəticədə isə cinayəti törədən şəxs dözməyərək şəhərdən kənarda bir yerdə uşağı maşından atıb. Xoşbəxtlikdən Villi tanımadığı şəxslərin köməyi ilə sağ-salamat valideyinlərinin yanına qayıda bilib. Villinin danışdıqlarına əsasən cinayətkarın fotorobotu hazırlanıb, axtarışa verilib.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org