Türklər “Əl-Qaidə” liderini reklam ulduzu etdilər (FOTO)
Türkiyənin tük tökücü sprey filrmalarından biri dünyaca məşhur terrorçu qruplaşma liderlərindən birini reklam modeli olaraq təqdim edib.
TalyshPost anspress-ə istinadən xəbər verir ki, türk şirkəti hazırladığı reklamlarla bir anda dünya gündəminə düşüb. Belə ki, reklam şəkilində göstərilən Xalid Şeyx Mohamməd adlı pakistanlının “Əl-Qaidə” lideri olduğu müəyyənləşib. Onun 11 sentyabr 2001-ci il terror hadisəsinin planlaşdırılmasında da iştirak etdiyi bildirilir.
Şirkətin reklamında istifadə edilən fotoşəkil ilk dəfə ABŞ hökuməti tərəfindən 2003-cü ildə Pakistanda yaxalanmasından sonra mətbuatda verilmişdi. “Əl-Qaidə” lideri hazırda Quantanamo həbsxanasında saxlanılır.
Şirkətdən isə bilərək bu addımın atılmadığı, “Google”da “tüklü adam” yazaraq tapdıqları şəkillərdən biri olduğu qeyd edilir.

TalyshPost.org













