Türkiyə səfirindən “soyqırım” açıqlaması
"ABŞ Senatı komitəsinin "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməsinə ciddi yanaşmaq lazım deyil, tarixi hadisələrə siyasi qiymət vermək olmaz, bu, tarixçilərin işidir".
Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ABŞ Senatının Xarici əlaqələr komitəsinin "erməni soyqırımı"nın tanınması haqqında qətnaməni qəbul etməsini şərh edərkən deyib. Səfir bildirib ki, tarixi saxtalaşdırmaq, dəyişdirmək olmaz.
Qeyd edək ki, sözügedən qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib.
Talysh Post.org













