Главная » 2014 » Сентябрь » 5 » Türkiyə hələdə Azərbaycana minnət qoyur!

Türkiyə hələdə Azərbaycana minnət qoyur!

05-09-2014 в 13:26 просмотров: 165 комментариев: 0 В мире

Türkiyə Cümhuriyyətinin yenicə seçilmiş prezidenti Rəcəb Təyyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə yenədə Türkiyənin Ermənistanla yaşadığı problemə görə Azərbaycan Respublikasının başına minnət qoyub.

Azərbaycan-Türkiyə münasibətlərində həmişə diqqət çəkən əsas məsələ türklərin məhz Azərbaycana xatir Ermənistanla sərhədləri bağlı saxlamaları iddiası olub. Bakıda bir çoxları belə düşünür ki, rəsmi Ankara  1993-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğal edilməsinə cavab olaraq Ermənistanla sərhədlərini bağladı!
Belə bir fikir əsasında rəsmi Bakı ötən illərdə istənilən iqtisadi güzəştlərə getməyə və Türkiyənin Azərbaycanda nüfuzunu möhkəmlətməyə hazır olmuşdur. Halbuki reallıq başqadır. Daha doğrusu Ermənistanla Türkiyə arasında mövcud olan problemlərin tarixi kökləri var və əslində Ermənistanın hakim dairələrinin Türkiyəyə qarşı ərazi iddiası , eləcə də dövlət emblemində şərqi Anadolunun Ermənistan torpağı kimi göstərilməsi sərhədlərin açılmasına və nəticə etibarı ilə əlaqələrin normallaşmasına mane olub.
2014-cü il mayın 5-də Ermənistanın baş prokuroru Aqvan Ovsepyan qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı Diaspora Nazirliyində keçirilən iclasda Ermənistanın dırnaqarası itirilən torpaqlarının geri qaytarılmasının vacibliyini və bunun üçün BMT səviyyəsində iş görülməsini bildirib.
Baş prokuror deyib ki, Ermənistan hələ də Azərbaycan və Türkiyəyə ərazi iddialarından əl çəkməyib: "1921-ci il Moskva razılaşmasına əsasən Naxçıvan Ermənistandan ayrılıb Azərbaycana verildi. 1923-cü ildə isə İcraiyyə Komitəsi Naxçıvanı Azərbaycanın tərkibinə saldı. Torpaqlarımızı geri qaytarmaqdan ötrü sənədləri hazırlayıb BMT-nin məhkəməsinə verməliyik”- sitatın sonu.
Maraqlıdır ki, ermənilərin bu ambisiyaları qarşısında rəsmi Ankara hələ də güzəştə hazırdır və iki ölkə arasında 10 oktyabr 2009-cu ildə Sürix protokolları da məhz Türkiyənin Ermənistana münasibətdə tolerant yanaşması üzündən imzalandı.
Bu kimi faktlar ortada ola-ola, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan   Bakıda keçirilən mətbuat konfransında iddia edib ki, əgər Azərbaycanla Ermənistan arasında problem həll olunsa, Türkiyə və Ermənistan arasındakı problem də həllini tapacaq. Əks halda, Türkiyə və Ermənistan arasındakı durum indiki kimi davam edəcək.
Ərdoğanın “indiki kimi” deməsi də maraq doğurur. Zira indiki şəraitdə Türkiyə diplomatik əlaqələr olmadan da Ermənistanın bir çox ehtiyaclarını təmin edir və iki ölkə arasında illik ticarət dövriyyəsi 600 milyon dollar civarındadır. Bundan əlavə Ərdoğanın özü bir vaxtlar onminlərlə Ermənistan vətəndaşının Türkiyədə işlədiyini və bu yolla Ermənistan iqtisadiyyatının duruş gətirməsinə kömək olunduğunu etiraf etmişdi. 
Bəzi müşahidəçilərə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması, ardınca isə iki ölkə arasında siyasi münasibətlərin qurulmasına gətirməli olan futbol diplomatiyasının bərpası Amerikanın Güney Qafqazla bağlı böyük yol xəritəsinin tərkib hissəsidir və hamının uduşuna, Rusiyanın isə bölgədən sıxışdırılmasına yönəlib. İndi qalır Azərbaycanın bu projedə hansı yer alacağı. Görəsən, rəsmi Bakı Ankaranın yaxın və orta perspektiv üçün siyasi ehtiyaclarından doğan yeni diplomatiyasına dözümlü yanaşacaqmı?

 

 

 

http://azeri.irib.ir
 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org