Главная » 2014 » Июнь » 9 » Türkiyədə azərbaycanlının "Oğlan davası"

Türkiyədə azərbaycanlının "Oğlan davası"

09-06-2014 в 13:27 просмотров: 161 комментариев: 0 Новости

Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında baş verən qalmaqalla bağlı məhkəmə prosesi başa çatıb. Talysh Post.org türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə azərbaycanlı vəkilin xeyrinə qərar çıxarıb. 

Hadisə Azərbaycan vətəndaşı olan vəkil İntiqam Əliyevin başına gəlib. 

Belə ki, bir müddət öncə İ.Əliyev hava limanında pasport nəzarət məntəqəsində polislə mübahisə edib. Mübahisə vəkilin polisə "oğlan" deməsindən sonra məhkəməyə kimi gedib çıxıb. 

Belə ki, İ.Əliyev Azərbaycana qayıtmaq üçün adıçəkilən hava limanına gəlib. Pasport nəzarətindən keçəndən sonra polis onun sənədini qaytarıb. Lakin təsadüfən sənədlər vəkilin əlindən masanın üstünə düşüb. Polis “pasportunuzu normal ala bilmirsiniz?" deyəndə Əliyev ona "Siz normal vermədiniz, mən də ala bilmədim" deyib. 
Polis isə əsəbləşərək "alın sənədinizi və gedin" deyərək pasportu masaya çırpıb. 

Sərnişin bu cür davranışa etiraz edəndə isə polis yenidən hiddətlənib və "sənin qeydiyyatını ləğv etdirəcəm, biletin yanacaq" deyib. İ.Əliyev polisdən rəhbər şəxslərlə görüşməyi tələb edib. Polislər azərbaycanlının həmkarlarını "oğlan" deyərək təhqir etdiyini iddia ediblər. Lakin vəkil ona "məmur oğlan" dediyini və bunun Azərbaycan dilində təhqir olmadığını izah etməyə çalışıb. Polislər isə İntiqam Əliyevin üzr istəməsini tələb ediblər. 

Əməlində təhqiredici heç nə olmadığını israrla deyən vəkil sonradan qandallanıb və saxlanılıb. Bir gün polisdə saxlanılan vəkil haqqında deportasiya qərarı verilib və bir il ölkəyə girişi yasaqlanıb. 

Azərbaycana qayıdan vəkil həkimlrdən döyülməsi barədə sənəd alaraq dərhal polisə müraciət edib. Məhkəmə kamerasız otaqda 3 dəqiqə 38 saniyə döyülən, deportasiya edilərək bir il Türkiyəyə gəlişinə qadağa qoyulan vəkilin xeyrinə qərar çıxarıb. Qərar uyğun olaraq Türkiyə Daxili İşlər Nazirliyi İ.Əliyevə 7500 TL (2829 manat ) mənəvi və 600 TL (226 manat) maddi təzminat ödəməlidir. Türkiyə mətbuartı prosesi "oğlan davası" başlığı ilə verib.

 

Talysh Post.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org