Главная » 2014 » Октябрь » 28 » Türkiyədə ayaqqabının altında “ALLAH” yazısı (FOTO)

Türkiyədə ayaqqabının altında “ALLAH” yazısı (FOTO)

28-10-2014 в 17:58 просмотров: 178 комментариев: 0 В мире

Sosial şəbəkələrdə altında ərəbcə “Allah” yazılmış ayaqqabı fotosu yayılıb.  Şəkli şəxsiyyəti naməlum Ankara sakini paylaşıb. 

Həmin şəxs ayaqqabı almaq üçün mağazaya getdiyi vaxt ayaqqabının altında bariz şəkildə ərəbcə “Allah” yazısını gördüyünü ifadə edib. 

“2014-cü il oktyabrın 18-də alış-veriş vaxtı Ankara “Gimart Kamal Tanca” mağazasına girdim. Uşaq ayaqqabıları bölümündə iki ayaqqabının altında bariz şəkildə ərəbcə “Allah” yazıldığını gördüm. Mağazanın sahibini soruşdum, heç kimin olmadığını dedilət. Satıcıya ayaqqabının altnı göstərdim, maraqlanmadılar. Mən də bu məlumatı sizinlə paylaşıram”. 





Müqayisə üçün ərəbcə Allah yazısını oxucularımıza təqdim edirik. 

islamazeri.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org