"Timoşenko ilə yataqda"
Rusiyanın NTV telekanalı aprelin 19-da Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu təhqir edən verliş təqdim edib.
Rusiya telekanalı Timoşenkonun əleyhinə Ukrayna Təhlükəsizlik idarəsinin istefada olan polkovniki Petrov Nedzinskini danışdırıb. Ukraynanın keçmiş təhlükəsizlik polkovniki Timoşenko haqqında aşağılayıcı ifadələr işlədir. "Timoşenko siyasətə Rusiyanın düşməni kimi gəlib. Belə birisinin Ukraynaya rəhbərlik etmək istəməsi , təssüfedicidir. Onun heç zaman siyasi prespektivi olmayıb. Sadəcə Rusiyaya qarşı radikal mövqeyinə görə, Qərb onu önə çəkdi. Timoşenko məni və ailəmi hədələyir."
Daha sonra , telekanal "qara piar"a keçərək , Timoşenkonun məhəbbət hekayələrindən danışıb. Onun evli vəkili Vlasinkayla sevgi macərası yaşadığını və məhz vəkilin bundan sonra arvadı ilə boşandığını deyir. Telekanal hətta, həbsxanada Timoşenkonun vəkillə intim münasibətlərini əks etdirdiyi bildirilən kadrlar da yayıb.
Talysh Post.org













