Tibb dünyasında yeniliyə imza atılıb (VİDEO)
Polşada alimlər autism və daun sindromlu uşaqlara kömək etmək üçün onları qeyri adi terapevtik tapşırıqlara cəlb edir.
Məlumatına görə, xəstə uşaqların təxəyyülünü inkişaf etdirmək üçün onları bir anlıq reallıqdan ayıraraq, xüsusi hazırlanmış 3D mağaraya salır. Autizm xəstəsi olan uşaqlar ənənəvi terapiya üsullarına olan marağı tez itirir.
Ancaq Polşanın Silesian Texnologiya Universitetində hazırlanmış 3D mağarada bu cür apatiya demək olar ki, tam aradan qalxır. Pyotr Vodarskinin rəhbəri olduğu tədqiqat qrupu, əsgərlərin təlimi zamanı istifadə olunan döyüş simulatorlarına bənzəyən “virtual dünya” yaradıb.
Virtual dünyaya daxil olan 3D eynəkli xəstə müəyyən hərəkət uzlaşmaları işə salaraq, başı, əlləri və bədən hissələrini hərəkət etdirməklə virtual elementlərlə ünsiyyət yarada, obyektləri, məsələn rəngli kvadrat daş parçalarını hərəkətə gətirə bilir. Bu texnologiya sayəsində xəstə uşaqlar “açılışır” və bunun sayəsində onların diaqnozu və müalicəsi asanlaşır.













