Terrorçulara qarşı irimiqyaslı əməliyyat başladı
Pakistanın Şimali Vəziristan regionunda terrorçulara qarşı irimiqyaslı hərbi əməliyyatlar keçirilib. Pakistan hava qüvvələri terrorçuların sığınacaq kimi istifadə etdiyi məntəqələrə raket yağdırıb. Əməliyyatlar nəticəsində azı 60 nəfər öldürülüb. Silahlılar arasında yüksək nüfuzlu dəstə üzvləri də olub. Əməliyyatlar zamanı 30-a yaxın insan yaralanıb.
Rəsmilərin sözlərinə görə, zərərsizləşdirilən silahlılar Taliban qruplaşmasının üzvləri olub. Onlar bir qədər əvvəl mülkilərə qarşı edilən terror hücumlarında iştirak ediblər. Təhlükəsizlik xidməti əməkdaşları istintaq əməliyyatları nəticəsində onların yerini müəyyən etməyə nail olublar.
Pakistanın baş naziri Nəvaz Şərif bir müddət əvvəl Talibanla sülh danışıqlarına başlamışdı. Lakin hökumətin bu cəhdləri hələ indiyə qədər müsbət nəticə verməyib.
Talysh Post.org













