Talışlar: Xalq təbabəti
Hər bir etnos kimi talışlar da tarixən özlərinə məxsus xalq müalicə üsulları yaratmış, müxtəlif xəstəliklərin müalıcəsində onlardan istifadə etmişlər.Talışların məskunlaşdığı rayonların əhalisindən topladığımız etnoqrafik materiallar etnosun ənənəvi xalq təbabəti sahəsində də zəngin biliklərə,müalicə vərdişlərinə malik olduğunu ğöstərir. Bu isə bir tərəfdən Talışın tarixən zəngin müalicə bitkilərinə malik olması,digər tərəfdən isə tədqiq edilən dövrdə bölgədə tibbi-müalıcə müəssisələrinin olmaması ilə izah edilməlidir. Deməli ərazilərində zəngin müalicə xassəli bitkilərin mövcudluğundan istifadə edən talışlar onların xassələrinə bələd olaraq,öz təcrübələrində onların hansı xəstələrin müalicəsində tətbiq edilmələrini də müəyyən etmişlər.Nəticə etibarı ilə xalq arasında ayrı-ayrı xəstəliklərin müalicəsinə çarə tapan loğmanlar yetişməyə başlamışdır.Onlar arasında sınıqçılar daha məşhur olub,eldə-obada əli,qolu,qıçı sınmış adamların müalicəsi ilə məşğul olmuşlar.Bunlar xalq arasında loğman,təbib və sınıqçı istilahları ilə məlum olmuşdur.
Qeyd edək ki,Azərbaycan ərazisi yüzlərlə müalicə bitkiləri,otları,meyvələri ilə zəngin olmuşdur.Aparılmış tədqiqatlara görə Azərbaycanın xalq təbabətində 3.500-dən artıq müxtəlif bitkidən istifadə edilməsi məlumdur. XX əsrin ortalarında Talışda olub,onun bitki aləmini tədqiq etmiş akademik A.A.Qrossqeym yazırdı ki,bu ərazidə dünyada bənzəri olmayan ağac və bitki növləri mövcuddur. Məhz buna görə də o,Talış ərazisini təbii flora muzeyi adlandırmaqda bizə görə tam haqlı idi. Odur ki, talışlar əsrlər boyu ayrı-ayrı xəstəliklərin müalicəsində bu təbii dərman bitkilərindən istifadə etmək vərdişləri qazanmışlar. Azərbaycan xalq təbabətində məlum olan bağayarpağı talışlarda "tıtkəkeçə",gicitkan-"qəzənə",
Talış ərazisi təkcə bitki örtüyü ilə deyil,eləcə də müalicə suları ilə məşhur olmuşdur. Lənkaran yaxınlığında təbii qaynar bulaqlardan süzülən İstisudan (talış dilində"qamov"),Masallıda Viləşçayı boyunda yerləşib yenə İstisu adlanan müalıcə sularından əhali tarixən müxtəlif xəstəliklərin müalicəsində istifadə etmişlər. Bu da bir həqiqətdir ki,əhalinin əsrlərlə istifadə etdiyi bu isti sular sonralar həqiqi müalicə ocaqlarına-sanatoriyalara çevrilmişdir.Əhalinin yel,əsəb,dəri-zöhrəvi xəstəliklərinin müalicəsi üçün istifadə etdiyi bu təbii sulardan indi də eyni məqsədlə istifadə edilməkdədir.
Qəmərşah Cavadov. Talışlar. Bakı-2004
ardı var.













