Главная » 2014 » Декабрь » 10 » Talışda kivi yığımına başlanıldı (VİDEO)

Talışda kivi yığımına başlanıldı (VİDEO)

10-12-2014 в 17:59 просмотров: 183 комментариев: 0 Новости Талыша

Astarada qış meyvələrinin şahı sayılan kivi yığımı davam edir.

TalyshPost ans tv-yə istinadən xəbər verir ki, Talış bölgəsində əsasən Astara, qismən də Lənkəranda becərilən kivinin faydası və müalicəvi xüsusiyyətləri böyükdür. Vitaminlərlə bol olan bu meyvənin məhsuldarlığı fermerlərin üzünü güldürsə də qiymətlərin aşağı olması onları narazı salır. 

Astaralı fermerlər məhsul qıtlığından şikayətlənə bilməz. Havaların quraq keçməsinə baxmayaraq plantasiyalarda bu il bol kivi məhsulu yetişdirilib. Amma əsas alıcı- bazar problemi yenə də qalır.

Talış bölgəsində kivi plantasiyaları ötən əsrin 90-cı illərindən salınıb. Yüksək məhsuldarlığa malik bu bitki ilk illərdə baha qiymətə satılsa da , son illərdə qiymətlər kəskin aşağı düşüb. Yığımın ilk həftəsində 1 kq-ı 1 manat 50 qəpik, 1 manat olan kivi hazırda alıcıya 50 qəpiyə təklif edilir. Fermerlər qiymətlərin aşağı olmasını xarici bazarın yoxluğu ilə əlaqələndirirlər.

Fermerlər məhsulu xarici bazara çıxara bilmədiklərini və Rusiyada rublun məzənnəsi aşağı olduğuna görə, alıcıların sayının son dövrlərdə aşağı düşdüyünü deyir.

Astara rayon icra hakimiyyətinin Aqrar şöbəsində qiymətlərin aşağı olmasını kütləvi yığımla əlaqələndirdilər. Digər sitrus meyvələrindən fərqli olaraq kivinin davamlılığının çox olduğunu deyən rəsmilər narahatlığa əsas olmadığını, yaxın vaxtlarda qiymətlərdə yenidən artım ola biləcəyini istisna etmədilər. 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org