Главная » 2014 » Октябрь » 20 » Talış bölgəsində çayların səviyyəsi qalxıb (VİDEO)

Talış bölgəsində çayların səviyyəsi qalxıb (VİDEO)

20-10-2014 в 21:28 просмотров: 202 комментариев: 0 Новости Талыша

Dünən gecədən rayon ərazisində müşahidə olunan yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb olub.

TalyshPost-ın məlumata görə, Lənkəranda davam edən qeyri-sabit hava şəraiti nəticəsində yağan yağıntılar qeyri bərabər paylanılıb. Yağmurlu havalar əsasən Lənkəran, Astara bölgəsində daha çox müşahidə olunub.

Lənkəran Regional Hidrometeorologiya müəssisəsindənverilən məlumata görə, yağıntının aylıq miqdarı normanın təxminən 20-25 faizini təşkil edir. Bu da öz növbəsində çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.

Lənkərançayda suyun səviyyəsinin qalxması təxminən 160 sm. müşahidə olunur. Digər caylarda isə suyun səviyyəsi 70-80 sm. qədər qalxıb.

Belə yağıntılı havalar Talış bölgəsinə xas olduğuna görə, çaylarda təhlükəli hal müşahidə olunmur. Yağıntılara gəldikdə isə belə hava şəraitini ayın 21-nə kimi davam edəcəyi bildirilir.

                                 

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org