Talış bölgəsində 2015-ci ilin ilk ayının hava proqnozu açıqlanıb
Talış bölgəsində 2015-ci ilin ilk ayının hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvar ayının ilk günlərində hava şəraitinin soyuq və yağıntılı olacağı gözlənilir. Ayın birinci yarısında havanın temperaturu iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı, ikinci ongünlüyün sonunda və üçüncü ongünlükdə hava şəraitinin soyuq keçəcəyi, temperaturun iqlim normasından aşağı olacağı ehtimal olunur.
Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti, dağlarda 2-6 dərəcə şaxta (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə, dağlarda 10-15 dərəcə şaxta, üçüncü ongünlükdə 18 dərəcəyədək şaxta, gündüzlər 5-10, bəzi günlərdə 14 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 0-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
TalyshPost.org













