Talış Ağsaqqallar Şurasının BƏYANATI
Talış Ağsaqqallar Şurasının BƏYANATI
09 aprel 2014-cü il tarixdə Lerik rayonu N. Nərimanov küçəsi-21 ünvanında yaşayan Quliyev Eldəniz Şadkamal oğlunun Talış Ağsaqqallar Şurasına etdiyi müraciəti nəzərdən keçirildi.
Talış Ağsaqqallar Şurası bildirir ki, vətəndaş Quliyev Eldəniz Şadkamal oğlunun şikayətinin nə qədər həqiqət olduğundan məlumatlı olmadığımızdan bu barədə qəti qərar verə bilmərik . Lakin ittihamlar çox ciddidir, şikayətçi, şikayətinə baxılmadığı halda intihar edəcəyini bildirir. Talış Ağsaqqallar Şurası göstərilən şikayət faktının motivinin hüquq-mühafizə sisteminin tədqiqat orqanlarının səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, bu barədə aidiyyyatı qurumlar qarşısında məsələ qaldıracağını ictimaiyyətin nəzərinə çatdırır. Hər bir halda vətəndaşın iddiasına reaksiya vermək inzibati orqanların, idarəetmə strukturlarının, ictimai təşkilatların, eləcə də hər bir vətəndaşın borcu olmalıdır. Biz Talış Ağsaqqallar Şurası olaraq bu kimi işlərə göz yummağı yolverilməz hesab etməklə, əlaqədar təşkilatların fəaliyyətsizliyinə etiraz edərək, növbəti bədbəxt hadisə ilə nəticələnəcək ailə faciəsinin qarşısının qabaqlayıcı tədbirlərlə alınacağına ümüd edirik!
Talış Ağsaqqallar Şurası
13 aprel 2014 il













