Главная » 2014 » Ноябрь » 13 » Təyyarələrimizə təhlükə yoxdur

Təyyarələrimizə təhlükə yoxdur

13-11-2014 в 14:04 просмотров: 204 комментариев: 0 В мире

"Naxçıvana uçuşlar yerinə yetirən mülki təyyarələrimiz üçün heç bir təhlükə yoxdur".

TalyshPost xəbər verfir ki, bunu APA-ya açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AzAL) xidmət rəisi Məhərrəm Səfərli deyib.

O bildirib ki, Azərbaycanın mülki təyyarələri Ermənistanın hava məkanından istifadə etmir, Naxçıvan Muxtar Respublikasına uçuşlar isə İran hava məkanı üzərindən həyata keçirilir: "Bizim uçuşlar üçün hər hansı təhlükə yoxdur".

Qeyd edək ki, noyabrın 12-də Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistana məxsus Mi-24 tipli döyüş helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub. Azərbaycan tərəfi işğal olunmuş ərazilər üzərində hava məkanını 1993-cü ildən mülki uçuşlar da daxil olmaqla, bağlı elan edib və beynəlxalq təşkilatları bu barədə məlumatlandırıb. İndiyədək dəfələrlə rəsmi Bakı işğal olunmuş ərazilərdə ermənilər tərəfindən həyata keçiriləcək uçuşlarla bağlı müvafiq tədbirlər görəcəyini bəyan edib.

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org