Главная » 2014 » Сентябрь » 9 » Təkfirçi cərəyanı; islami oyanışın müqabil nöqtəsi

Təkfirçi cərəyanı; islami oyanışın müqabil nöqtəsi

09-09-2014 в 12:35 просмотров: 133 комментариев: 0 В мире

İslam İnqilabının Böyük Rəhbəri(muddəzillihulali) təkfirçi cərəyanlar ilə müqabil nöqtədə duran islami oyanış haqda buyururlar:

 

İslami oyanışın təzahürü o kəslər deyildirlər ki, qaşqabaqlı və tutqun sima ilə bütün dünya ilə, hətta möminlər və müsəlmanlarla qarşılaşırlar; bir qrup adamı təkfirçi edirlər; bir qrupu qövmçülük, başqa bir qrupu tayfaçılıq, digər bir qrupu isə qeyri-düzgün bəhanələrlə hücuma məruz qoyurlar. Bunların mövcudluğu son dərəcə şübhəlidir və ümumiyyətlə belə kəslər vardırlar və ya əslində bu cür fəaliyyət göstərən İsrail, Amerika və İngiltərənin casusluq xidmətlərinin amilləridirlər.
İslami oyanış hərəkatını hədələyən məsələlər ixtilafsalma və bu hərəkatların firqəvi, məzhəbi, etnik və milli qanlı qarşıdurmalara çevrilməsidir. Bu fitnə hal-hazırda Qərb və sionizm casusluq xidmətləri tərəfindən neft dollarları və özlərini satmış siyasətçilərin köməyi ilə Asiyanın şərqindən Afrikanın şimalınadək, xüsusən ərəb məntəqəsində ciddi-cəhdlə izlənilir və xalqın xoşbəxtliyinin xidmətində ola biəcək pul uzunmüddətli küdurət alovunun qızışdırılması, müsəlmanların qanlarının tökülməsi, bomba qoyulması, terror, təkfir və təhdidə xərclənir.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org