Suriyada prezident seçkilərinin tarixi məlum oldu
Suriyada növbəti prezident seçkilərinin keçiriləcəyi tarix məlum olub. Talysh Post.org-in məlumatına görə, Suriya parlamentinin spikeri Məhəmməd Cihad əl-Laham seçkilərin iyunun 3- də keçiriləcəyini açıqlayıb. Spiker bu barədə parlamentin xüsusi sessiyası zamanı danışıb və prezident seçkilərinin Suriyada 3 ildən çoxdur davam edən vətəndaş müharibəsinə rəğmən keçiriləcəyini vurğulayıb.
Xatırladaq ki, ötən həftə Suriya prezidenti Bəşər Əsəd hökumət qüvvələrinin münaqişədə üstünlüyü ələ aldığını bəyan etmişdi.
BMT-nin hesablamalarına görə, Suriyada vətəndaş müharibəsi nəticəsində 150 mindən çox insan ölüb, milyonlarla insan öz evlərini tərk etməli olub.
Mənbə
BBC













