Главная » 2014 » Сентябрь » 6 » Suriya ordusu İŞİD-i bombaladı

Suriya ordusu İŞİD-i bombaladı

06-09-2014 в 22:22 просмотров: 186 комментариев: 0 В мире

Suriya ordusu İraq Şam İslam Dövləti qruplaşmasına avia zərbələr endirib.

TalyshPost.org-in məlumatına görə, Suriya aviasiyası ölkənin şimalında, son zamanlar İŞİD qruplaşmasının qalası sayılan Rakka şəhərini bombalayıb. Hücum nəticəsində azı 13 nəfərin öldüyü bildirilir. 

Bombardman nəticəsində çörək sexi və 2 bina dağılıb. Binaların birindən İŞİD şəriət məhkəməsi kimi, ikincisindən isə şəhər nümayəndəliyi kimi istifadə edirmiş.

Qeyd edək ki, ABŞ İŞİD-in İraqdakı mövqelərinə zərbələr endirsə də, Suriya ərazisində qruplaşmaya qarşı heç bir hərbi əməliyyat keçirmir.

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org