Главная » 2014 » Июнь » 27 » Sionistlərin Məscid Əl-Əqsaya hörmətsizlik planları

Sionistlərin Məscid Əl-Əqsaya hörmətsizlik planları

27-06-2014 в 14:40 просмотров: 185 комментариев: 0 В мире

Sionist rejimin Məscid Əl-Əqsaya qarşı hücum xarakterli səyləri fələstinlilərin kəskin etirazına səbəb olub. Beləki Fələstin Azadlıq Təşkilatı İcra Komitəsinin üzvü Əhməd Qərih Sionist təşkilatların bu müqəddəs məkanı hərtərəfli və geniş şəkildə hücuma məruz etməyə dair çağırışını pisləyib.

 

Məscid Əl-Əqsanı hücuma məruz etməyə səsləyən Sionist təşkilatların bu çağırışını yol verilməz sayan Əhməd Qərih deyib: Sionistlərin bu addımı Məscid Əl-Əqsanı yəhudiləşdirmək və ifratçı sionistləri bu müqəddəs məkana daxil etmək üçün öncədən nəzərdə tutulmuş təhrikedici bir proqram olub ki, bu da həmin qeyri-legitim rejimin polis qüvvələrinin himayəsi ilə həyata keçirilir.

Sionist rejimin Məscid Əl-Əqsa-ya qarşı nəzərdə tutduğu bu təhlükəli plan fələstinlilərin kəskin etirazına səbəb olub . Bu da fələstinlilərin həmin müqəddəs məkana dini təəssübkeşliklə yanaşmalarını göstərir.

Heç şübhəsiz ki, Fələstin xalqı özlərinin dini etiqadlarına və müqəddəs İslami məkanlara hörmətsizliyin edilməsinə imkan verməyəcək.

İsrail saxta bir rejimdir . Bu rejimin bünövrəsi cinayət, təcavüz , qan tökmə və müqəddəs ilahi dinlərə hörmətsizlik üzərində qoyulub. Həmin qeyri-legitim rejim formalaşdığı ilk illərdən artıq fələstinlilərə aid ümumi və yaşayış binaları eləcə də islami abidələri dağıtmağı öz prioritetində qərar verib. Ona görədir ki, qeyri qanuni İsrail rejimi yüzlərlə məscidi dağıdıb və bir neçə məscidə də ziyan yetirib.

Maykel Rohanın başçılığı ilə 1996-cı ildə Sionist ifratçılardan bir qrupu planlaşdırılmış bir əməliyyat çərçivəsində Məscid Əl-Əqsa-nı yandırmağa təşəbbüs göstərdilər. O əməliyyatda müsəlmanların birinci qibləgahı Məscid Əl-Əqsa-nın müəyyən hissələrinə ciddi ziyan dəydi. Əlbəttə Maykel Rohan bu əməliyyatı həyata keçirməzdən öncə Sionist rejimin hökumət nümayəndələri ilə fikir mübadiləsi aparıb onların ahəngdarlığı ilə bu əməliyyatı həyata keçirmişdi.

İsrail rejimi habelə Məscid-Əl-Əqsanı dağıtmaq üçün bu müqəddəs məkanın həyətinin altında və onun ətrafında müxtəlif tunellər qazıb. Bütün bu faktlar bunu deməyə əsas verir ki, qəsbkar İsrail rejiminin Məscid Əl-Əqsa-nı dağıtmaqda ictimaiyyəti aldatması və uydurma siyasətindən istifadə etməsi elə bir haldadır ki, bu qeyri-legitim rejimin hökumət nümayəndələri də bununla bağlı siyasətlərini bir neçə müddət öncə həyasızcasına davam etdiriblər.

Son zamanlar Sionist rejimin maliyyə naziri Naftali Bennett-in rəhbərlik etdiyi "yəhudi mənzili" adlı Sionist partiya  Məscid Əl-Əqsa-nın partladılması planını irəli sürmüşdür.

Sionistlərin Məscid Əl-Əqsa-nı dağıtmaqla bağlı səyləri və bununla əlaqədarı planlar indiyədək efektli olmayıb və nəhayət özlərinin əleyhinə başa çatıb.

2000-ci ildə Sionist rejimin o zamankı baş naziri Ariyel Şaron-un Məscid Əl-Əqsa-ya qarşı olan planı fələstinlilərin kəskin etirazına səbəb olub və beləliklə Qüds intifazəsinin başlanmasına zəmin yaratdı ki, bu da İsrail rejimini həddindən artıq zəiflədib .

Əslində fələstinlilər sionistlərin Məscid Əl-Əqsa-ya qarşı hörmətsizlik etməsinə laqeyd yanaşmayıblar və son aylar" Məscid Əl-Əqsa-nı himayə naminə" təşkil edilən anti-İsrail aksiyalarının genişlənməsi dediklərimizə aydın bir sübutdur.

Bu əsnada dünya  miqyasında insanların Qüds şərifi hərtərəfli şəkildə himayə etməsi daha da genişlənib .Bundan savayı BMT-nin elm, mədəniyyət və təhsil təşkilatının bir şaxəsi olan YUNESCO –nun ümum dünya irslər komitəsi də Qüdsi- şərif və onun tarixi abidələrini rəsmən himayə etdiyini bildirib.

 

 

 

 

 

 

aran.irib.ir


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org