Главная » 2014 » Ноябрь » 21 » Şeyxülislam Allahşükür Paşazadə İrana gedir

Şeyxülislam Allahşükür Paşazadə İrana gedir

21-11-2014 в 12:42 просмотров: 155 комментариев: 0 В мире

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərə yola düşür.

TalyshPost-ın Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, səfər noyabrın 22-də olacaq. Səfərdən məqsəd 2014-cü il noyabrın 23-24-də İranın Qum şəhərində «Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında» mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri məruzə ilə çıxış edəcək.

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org