Şeyx zəncirvurma aksiyasına münasibət bildirdi
“Bizim borcumuz bununla bağlı maarifləndirmə işi aparmaq, zəncir vurmanın dini baxımdan məqbul olmadığını izah etməkdir. Amma biz bunu yalnız tövsiyə edə bilərik. Onu da başa düşürük ki, belə halı birdəfəlik yığışdırmaq mümkün deyil. Yəqin ki, zaman keçdikcə bu istiqamətdə də müsbət nəticələrə nail olacağıq".
TalyshPost-ın məlumatın görə, bu bardə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Aşura günü ilə bağlı baş verən zəncir vurma aksiyasına münasibət bildirərkən deyib.
Şeyxülislam bildirib ki, bu məsələ ilə bağlı fətva əmr deyil, tövsiyə xarakterlidir və əgər kimsə yenə özünü zəncirlə döyürsə, ona zorla müdaxilə edə bilməzlər.
TalyshPost.org













