Главная » 2014 » Июнь » 4 » Şəxsiyyət vəsiqəsinin rüsumu artırıldı

Şəxsiyyət vəsiqəsinin rüsumu artırıldı

04-06-2014 в 09:03 просмотров: 136 комментариев: 0 Новости

Azərbaycanda vətəndaşlara şəxiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılıb. Talysh Post.org-in xəbərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat nəzərdə tutulub. 

Müvafiq Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumların məbləği 10 iş günü üçün 1 manat, 3 iş günü üçün 10 manatdır. Bir iş günündə şəxsiyyət vəsiqəsinin verilməsi isə tətbiq olunmur. 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org