Главная » 2014 » Декабрь » 20 » Şəkidə oğuru dəstə saxlanılıb (VİDEO)

Şəkidə oğuru dəstə saxlanılıb (VİDEO)

20-12-2014 в 03:39 просмотров: 173 комментариев: 0 В мире

Şəki polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 14-dən çox evi, bir neçə mağaza və digər obyektləri qarət edən 5 nəfərdən ibarət dəstə saxlanılıb.

TalyshPost ans tv-yə istinadən xəbər verir ki, dəstə üzvləri, 3 il ərzində 14 evi qarət edərək külli miqdarda pul, qızıl-zinət əşyaları, müxtəlif elektron və məişət avadanlıqları oğurlayıblar. Dəstə ümumilikdə Şəki sakinlərinə təxminən 40-50 min manat məbləğində ziyan vurub.

Dəstə üzvləri olan rayon sakinləri, 29 yaşlı Şahmar Abdullayev, 27 yaşlı Pərviz Mahmudov və Tural Musayev, 36 yaşlı Tapdıq Əliyevin həm də narkotik aludəçisi olduqları bildirildi. Onlardan 3-ü əvvəllər də məhkumluq həyatı yaşayıb. Polis saxlanılan şəxslərin başqa cinayət əməllərində iştirakı olub olmadığını araşdırır.

                                          


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org