Rusiyanın Qarabağa girməyə cəsarəti çatmaz
“Rusiyanın sərhədlərimizi keçməyə cəsarəti çatmaz”.
Bu sözləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov rus tanklarının Laçına girməsi xəbərini şərh edərkən deyib.
O, Rusiyanın sadəcə Ermənistanı arxayın salmaqdan ötrü manevrlər etdiyini bildirib:
“Rusiya Ukraynadakı hadisələrin fonunda hansısa əlavə problemləri üzərinə götürməyəcək. Rusiya unutmur ki, Azərbaycanın arxasında Türkiyə var. Bununla bərabər isə regionda ən böyük resurslar olan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars layihəyələri mövcuddur. Ona görə də sadə dildə desək, Rusiyanın cəsarəti çatmaz ki, sərhədləri keçsin. Sadəcə olaraq, Ermənistanı rahat etməkdən ötrü manevrlər edir”. Ekspert belə bir şeyin həqiqətən sübut olunacağı təqdirdə Rusiyaya nota təqdim etməyin vacibliyini deyib.
Qeyd edək ki, bu gün rus tanklarının Ermənistanın Gorus rayonunun Karaşen yaşayış məntəqəsi istiqamətinə gətirildiyi haqqında Talysh Post.org xəbər vermişdir.
Talysh Post.org













