Главная » 2014 » Апрель » 21 » Rusiya tanker donanması Xəzər dənizində inhisarçılıq edir

Rusiya tanker donanması Xəzər dənizində inhisarçılıq edir

21-04-2014 в 17:54 просмотров: 109 комментариев: 0

Rusiya tanker donanması Xəzər dənizində inhisarçılıq edir. Talysh Post.org-in məlumatına görə, bu barədə bir sıra xəbər saytları yazıb. Xəbərə görə, Azərbaycana məxsus “Araz”, “Şamaxı”, “”Səməd Vurğun” və “General Mehmandarov” adlı tankerlər yüklərin gəmilərə vurulması üçün bir aydan çoxdur ki, Türkmənistanın Türkmənbaşı limanında gözləyir.

Türkmənistan tərəfi faktiki olaraq əldə olunmuş bütün anlaşmaların şərtlərini yerinə yetirməkdən imtina edib. Türkmənistan tərəfi etiraf edib ki, Rusiya Xəzər dənizində yüklərin gəmilərə vurulması üçün yalnız Rusiyaya məxsus gəmilərdən istifadə etməyi tələb edib.

Xəbərdə bildirilir ki, bu gün “General Mehmandarov” gəmisi yüklərin vurulması üçün limana daxil olmaq istəsə də Rusiya gəmiləri onun yolunu kəsib.

Məsələ ilə bağlı “Xəzər Dəniz Gəmiçiliyi İdarəsi” QSC-nin sədr köməkçisi Vüqar Sadiqovla əlaqə saxladıq. Vüqar Sadiqov ANS PRESS-ə bildirdi ki, Azərbaycan gəmilərinin Türkmənbaşı limanına buraxılmaması ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, limanın gəmiləri qəbuletmə imkanı zəif olduğundan gəmilər növbə ilə buraxılır. Bu isə limanda gəmilərin növbə gözləyərək vaxt itirməsində səbəb olur. 

“Liman eyni zamanda 10-15 gəmiyə xidmət göstərə bilmir. Buna gücü çatmır. Ona görə də tək Azərbaycan deyil, digər ölkələrin də gəmiləri limana daxil olub yük vurmaq üçün öz növbələrini gözləyir”, deyə Vüqar Sadiqov bildirib.

Sədr köməkçisi həmçinin qeyd etdi ki, limanlarda gəmilərin qəbuletmə imkanının daha da genişləndirilməsi Azərbaycan və Türkmənistan hökumətlərarası komissiyasının diqqət mərkəzindədir.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org