Главная » 2014 » Апрель » 17 » Rusiya AB-nin düşməni yox, tərəfdaşı olmalıdır

Rusiya AB-nin düşməni yox, tərəfdaşı olmalıdır

17-04-2014 в 13:03 просмотров: 118 комментариев: 0

 İspaniyanın xarici işlər naziri Xose Manuel  Qarsiya-Marqalyo tərəfləri dialoqa səsləyib.  Talysh Post.org-in məlumatına görə, nazir  Rusiya və AB-ni beynəlxalq hüquqlara hörmətlə  yanaşmağa çağırıb. Bu barədə İspaniyanın EFE  agentliyi məlumat verib. 

İspaniya xarici işlər idarəsinin rəhbəri qeyd edib ki, Rusiya AB-nin düşməni yox, tərəfdaşı olmalıdır. Bu bəyanatlar AB-nin 6 ölkəsinin xarici işlər nazirlərinin İspaniyanın Alikante şəhərində baş tutan görüşündə miqrasiya məsələlərinin müzakirəsi zamanı səsləndirilib. 

Qarsiya-Marqalyo həmdə Rusiyanı beynəlxalq hüquqlara hörmət etməyə çağırıb. O, Ukraynadakı vəziyyət haqqında narahatlığını da bildirib.

 

Talysh Post.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org