Главная » 2014 » Апрель » 17 » Rufulla Axundzadəni müalicə müəssisinə köçürmürlər

Rufulla Axundzadəni müalicə müəssisinə köçürmürlər

17-04-2014 в 17:46 просмотров: 131 комментариев: 0

 İslamçı Rufulla Axundzadənin vəkili Anar  Qasımlı məhbusun müalicə müəssisəsinə  köçürülməsi ilə əlaqədar etdiyi müraciətə  cavab verilmədiyini deyir. Vəkil bildirib ki,  Rufulla Axundzadənin səhhəti pisdir: “Ona görə xəstənin təcili müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etmişik. Amma bir reaksiya yoxdur. Xəstə hələ də cəzaçəkmə müəssisəsindədir”.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İslamçı 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb. Dustaq 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Aprelin 17-də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin baş həkiminin müavini Murad Süleymanov deyib ki, Rufulla Axundzadənin müalicə müəssisəsinə köçürülməsinə ehtiyac yoxdur: “Dustaq tibb sanitar hissəsi personalının nəzarəti altındadır. Rufulla Axundzadə özü də bizim ona göstərdiyimiz tibbi müayinənin yüksək səviyyədə olduğunu deyir”.

Rufulla Axundzadənin müalicə müəssisəsinə köçürülməsi haqqında müraciətə gəldikdə, Murad Süleymanov bildirib ki, onlara belə bir müraciət daxil olmayıb: “Hər bir halda dustağın stasionar müalicəyə ehtiyacı yoxdur”.

Media forum


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org