Repressiyalar Azərbaycanı ləkələyir
“Azərbaycanın müstəqil səslərə qarşı çoxdankı repressiyası böhran həddinə çatıb. Bu, ölkənin Avropa Şurasında altı aylıq sədrliyi dövrünün başa çatdığı bir dövrə təsadüf edir,” Human Rights Watch(HRW) hüquq-müdafiə təşkilatı sentyabrın 29-da yaydığı bəyanatda belə deyir. Qurum bildirir ki, belə bir vəziyyət şuranın Avropanın öncül insan haqları qurumu kimi mövqeyinə sınağa çəkir.
“Azərbaycan hökumətinin hüquq müdafiəçilərinə və hökumətin digər tənqidçilərinə sistematik təzyiqi onun Avropa Şurası öhdəliklərinə aydın hörmətsizliyini göstərir,” Human Rights Watch-un Cənubi Qafqaz tədqiqatçısı Giorgi Gogia deyib. “Bu davamlı repressiyanın cavabsız qalması institutunun nüfuzunu hədələyir”.













