Qara dənizdə ABŞ-la Rusiya arasında qarşıdurma
Rusiya hərbi təyyarəsi 90 dəqiqə ərzində Qara dənizdə ABŞ-ın USS Donald Cook hərbi gəmisinin ətrafında dövrə vurub
Qara dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi ilə Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarəsi arasında insident yaşanıb.
ABŞ hərbçilərindən biri bildirib ki, Rusiya hərbi təyyarəsi 90 dəqiqə ərzində Qara dənizdə ABŞ-ın USS Donald Cook hərbi gəmisinin ətrafında dövrə vurub.
Hərbçinin sözlərinə görə, Rusiya təyyarəsi gəmidən 900 metr uzaqlıqda, dəniz səviyyəsindən 150 metr yüksəklikdə uçuşla həyata keçirib. ABŞ hərbçisi Rusiya təyyarəsinin hücuma keçmək istədiyini iddia edir. Onun sözlərinə görə, təyyarə hərbi gəminin kapitanı tərəfindən edilən xəbərdarlıqdan sonra ərazini tərk edib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus USS Donald Cook gəmisi Krımın Rusiyaya birləşdirilməsindən sonra aprelin 10-da Qara dənizə çıxarılıb.
Cenubnews.com













