Qalaktikamız Andromeda qalaktikası ilə toqquşacaq (VİDEO)

Planetimizin və günəş sistemimizin daxil olduğu “Süd yolu” qalaktikası “Andromeda” qalaktikası ilə toqquşacaq.
Talysh Post.org-in məlumatına görə, bu, Amerika Kosmik Araşdırmalar Agentliyi (NASA) və Avropa Kosmik Araşdırmalar Agentliyinin (ESA) ortaq layihəsi olan “Hubble” fəza teleskopunun apardığı hesablamalar nəticəsində məlum olub.
Bildirilir ki, təxminən 2 milyard il ərzində “Süd yolu” qalaktikası ən yaxınında olan “Andromeda” qalaktikası ilə toqquşacaq.
Bu toqquşma nəticəsində isə yer üzündən sivilizasiyanın tamamilə yox olacağı güman olunur.













