Qərbi Avropanın ən yüksək binasında həyəcan (VİDEO)

Londonun ən yüksək binası “Shard”ın zirzəmisində tüstülənmə müşahidə edildiyinə görə göydələndən evakuasiya başlayıb.
Talysh Post.org-in məlumatına görə, binanı 900 adam tərk edib. Binaya yeddi yanğınsöndürən maşın və 50 yanğınsöndürmə əməkdaşı yola salınıb.
London yanğınla mübarizə xidmətindən hadisəni təsdiqləyiblər, amma bildiriblər ki, yanğından söhbət getmir.
“Shard”ın hündürlüyü 310 metrdir, o, yalnız Londonda deyil, bütün Qərbi Avropada ən yüksək binadır. 97 mərtəbəli bina “London Bridge” stansiyasının yanında yerləşir.













