Polisin hicablı xanıma hörmətsizliyi Lənkəranı qarışdırdı
Lənkəran polisi hicablı müəlliməyə qarşı hörmətsizlik edib
12:50
İslamazeri.az-a Lənkərandan verilən məlumata görə, Lənkəran ağsaqqalı Seyid Vüqar yaxın vaxtlarda polis idarəsinə çağırılıb. Ona bildirilib ki, Xuraman xanım polis idarəsinə gələrək şikayət məktubu yazsın. Ondan sonra polis əməkdaşına layiqli cəza verilsin. Polis idarəsindən onu da bildiriblər ki, son vaxtlar adı hallanan polisdən çox sayda şikayətlər var.
11:49
Lənkəran inanclılarından İslamazeri.az-a daxil olan məlumata görə, 3 gün öncə Lənkəran polisi Quran dərsi keçən hicablı məllimə Xuraman xanıma qarşı hörmətsizlik edib.
Belə ki, Xuraman xanım aptekdən çıxdığı zaman polis əməkdaşı ona qarşı hörmətsizlik edib, nalayiq sözlərlə onu təhqir edib və zor gücünə polis avtomobilinə mindirib. Polis idarəsində hicablı xanımın çantası yoxlanılıb. Polis bölməsində bildiriblər ki, onun barəsində sələmə pul verməsi ilə bağlı şikayət daxil olub. Daha sonra polis idarəsində bildiriblər ki, onu yanlışlıqla bölməyə gətiriblər.
Dünən axşam saatlarında lənkəranlı gənc dindarlar bununla bağlı toplaşıblar. Ətrafda polis əməkdaşları da olub. Bundan sonra Lənkəran ağsaqqallarından olan Seyid Vüqar bölməyə çağırılıb. Bölmədən Seyid Vüqara bildiriblər ki, hicablı xanıma hörmətsizlik edən polis əməkdaşına sizin gözünüzün qarşısında töhmət vuracağıq və bu tapşırığı kimin ona verdiyini ondan soruşacağıq.
Lakin lənkəranlı dindarlar tələb edirlər ki, həmin polis əməkdaşı işdən çıxarılsın və Lənkərandan qovulsun. Həmçinin bu gün cümə namazında dindarlar Əbülfəzl Abbas (ə) məscidində yığışaraq lazım olan addımları atacaqlarını bildiriblər.
Məlumata görə, Xuraman xanıma hörmətsizlik edən polis əməkdaşının adı Əliyardır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Hazırda məsələ araşdırılır.













