Pentaqon rəhbəri Putinin sözlərini məsxərəyə qoydu
Pentaqon rəhbəri Çak Heygel Vaşinqtonun təşəbbüsü ilə Putinin sürətli silahlanma ilə bağlı sözlərinə gülüb. Talysh Post.org-in məlumatına görə, Çak Heygel bildirib ki, Moskva əməlləri ilə hamını ehtiyatlı davranmağa məcbur edir.
“Prezident Putin istədiyi çox şeyi danışır. Bu sadəcə gülməlidir. Bu silahlanma yarışı deyil, sadəcə raket əleyhinə müdafiə sistemidir. Biz aydın şəkildə bildirmişik ki, Rusiyanın bunun tikintisində iştirakını dəstəkləyərdik” - deyə Heygel bildirib.
O, bununla Rusiya prezidentinin ABŞ ünvanına ittihamı haqqında suala vavab verib.
“Son iki ayda rusların hərəkətləri nəinki məsuliyyətsizlikdir, bütöv bir xalqın ərazi bütövlüyü və suverenliyinə yönəldilib” -deyə Pentoqon rəhbəri qeyd edib.
Mənbə
News.am













