Главная » 2014 » Май » 26 » Obama biabır oldu

Obama biabır oldu

26-05-2014 в 14:29 просмотров: 169 комментариев: 0 Новости

 Əfqanıstanın prezidenti Həmid Karzayi bu ölkəyə səfər edən Amerika  prezidenti Barak Obamayla görüşməkdən imtina edib.

 Talysh Post.org-in məlumatına görə, ABŞ prezidenti Barak Obama hər il  may ayının sonu Amerikada Şükranlıq günü kimi qeyd edilən bayramı  gözlənilmədən Əfqanıstanda yerləşdirilən hərbi bazanın əsgərləri ilə keçirmək qərarına gəlib.

Hərbi baza Bəhram əyalətində yerləşir. Barak Obama əvvəlcə Həmid Karzayla onun prezident sarayında görüşmək istəsə də, sonradan bu görüşün iyun ayında keçiriləcək ikinci tur prezident seçkilərinə təsir edə biləcəyindən ehtiyatlanaraq, fuikrini dəyişib. Daha sonra ,ABŞ-ın Əfqanıstandakı səfiri Əfqanıstan prezidenti Həmid Karzayı amerikalıların Bahramdakı hərbi bazasına dəvət edib. Əfqan liderinin prezident administrasiyasından isə, dəvətə imtina cavabı gəlib. 

Amerikalı məmurlar isə öz növbələrində bildiriblər ki, H.Karzayinin bu hərəkətindən hətta təəccüblənməyiblər. Əslində isə dünyaya müydan oxuyan ABŞ dövlətin başçısının Əfqanıstan kimi bir ölkənin prezidenti tərəfindən rədd cavabı olması biabırçılıqdı və Ağ Evin nüfuzdan düşməsi deməkdir.

Xatırladaq ki, iyun ayında keçiriləcək prezident seçkilərinin ikinci turunda Həmid Karzayın iştirak etməməsi barədə rəsmi xəbərlər yayılmaqdadır. ABŞ ilə Əfqanıstan arasında bir neçə ildir ki, təhlükəsizlik haqqında rzılaşma Əfqanıstan tərəfin razılığı olmadığından imzalanmır. Bu razılaşma sənədi ABŞ üçün çox vacibdir. Çünki Amerika hərbi bazalarını bu ilin axırına kimi regiondan çıxarmaq fikrindədir.

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org