Главная » 2014 » Ноябрь » 24 » Obama ABŞ prezidentliyinə namizədini açıqladı

Obama ABŞ prezidentliyinə namizədini açıqladı

24-11-2014 в 13:10 просмотров: 155 комментариев: 0 В мире

ABŞ prezidenti Barak Obama 2016-cı il prezident seçkilərinə namizədini açıqlayıb.

TalyshPost publika.az saytına istinadən xəbər verir ki, B.Obama ABC telekanalına müsahibəsində keçmiş dövlət katibi Hillari Klintonun “çox gözəl prezident” ola biləcəyini deyib.

B.Obamanın sözlərinə görə, Klintonla daim ünsiyyət saxlayır və onu dostu hesab edir: “Mən çox istərdim ki, növbəti prezident Demokrat Partiyasının nümayəndəsi olsun. Bunun üçün özümdən asılı olan hər şeyi etməyə hazıram”.

ABŞ prezidenti həmçinin keçmiş dövlət katibinin bir çox məsələlərdə onunla razılaşmadığını bildirib.

B.Obama 2008 və 2012-ci ildə ABŞ prezidenti seçilib. Onun səlahiyyətləri 2017-ci ilin əvvəlində bitir.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org