Главная » 2014 » Апрель » 18 » NATO Baltik dənizinə 5 gəmi göndərir

NATO Baltik dənizinə 5 gəmi göndərir

18-04-2014 в 10:40 просмотров: 132 комментариев: 0

 Ukraynadakı vəziyyətlə bağlı NATO Baltik  dənizinə beş gəmi göndərir. Talysh Post.org-  in məlumatına görə, bunu alyansın mətbuat    xidməti bildirib.

“NATO Baltik dənizinə Şərqi Avropadakı müttəfiqlərinin müdafiəsini gücləndirmək məqsədilə gəmilər göndərir”,- deyə alyansın mətbuat xidmətinin bəyanatında bildirilir. 

Dəniz çevik əməliyyat qrupu Norveç, Niderland, Belçika, Estoniya gəmilərindən ibarət olacaq. Bu, dörd minaaxtaran və bir təchizat gəmisi olacaq.

Bundan başqa, Kanada regiona Kral Hərbi Hava Qüvvələrinin altı CF-18 qırıcısını və 20 qərargah əsgərini göndərəcək. 

“Bizim NATO müttəfiqlərimizlə birlikdə biz Mərkəzi və Şərqi Avropada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinin zəruriliyini etiraf edirik” - deyə baş nazir Stiven Harper bildirib.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org