Главная » 2014 » Апрель » 18 » Narkomanların sayı açıqlandı

Narkomanların sayı açıqlandı

18-04-2014 в 18:54 просмотров: 129 комментариев: 0

 Səhiyyə Nazirliyinin Respublika Narkoloji  Mərkəzinin 31.12.2013-cü il tarixə olan  məlumatına əsasən Mərkəzdə 28.376  (2012-ci ildə 27.910) nəfər qeydiyyatda  olub. 

Talysh Post.org-in verdiyi məlumata görə bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsində əksini tapıb.

Onlardan 22.533 nəfəri dispanser, 5.843 nəfəri profilaktik qeydiyyatda olanlar, 756 nəfəri anonim müalicə alanlardır. Qeydiyyatda olanlardan 539 nəfəri qadın, 130 nəfəri toksikoman, 20.004 nəfəri (393 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2013-cü ildə 1.509 nəfər yeni qeydiyyata götürülmüş, 1.049 nəfər qeydiyyatdan çıxıb.

 

Talysh Post.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org